Qərargah rəisi: "Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır

Qərargah rəisi: "Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır İsrail hərbçiləri HƏMAS-ın “Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatını başa çatdırmaqdadır.
Digər ölkələr
24 iyun 2024 20:21
Qərargah rəisi: Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır

İsrail hərbçiləri HƏMAS-ın “Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatını başa çatdırmaqdadır.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

“Rəfah” briqadasını məhv etdiyimizi, onun məğlub olduğunu və artıq döyüş birliyi kimi fəaliyyət göstərə bilməyəcəyini deyə bilərik”, - Halevi qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Son xəbərlər

Orphus sistemi