Yuxarı
    Bağlamaq

    ​Qəddafinin oğlu ölüm cəzasına məhkum edilib

    Liviyanın keçmiş liderinin oğluna qiyabi olaraq hökm çıxarılıb

    Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Tripoli Cinayət Məhkəməsi Liviyanın keçmiş lideri Müəmmər Qəddafi rejiminin 8 üzvünə, o cümlədən onun oğlu Seyf əl-İslama ölüm hökmü çıxarıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

    Ölüm cəzasına məhkum olunanların arasında həmçinin keçmiş baş nazir əl-Bağdadi əl-Mahmudi və Liviya kəşfiyyatının eks-rəhbəri Abdullah əl-Sinusi də var.

    Liviyanın keçmiş liderinin oğlu məhkəmə salonunda olmayıb, o, qiyabi olaraq məhkum edilib. Seyf əl-İslam hazırda Tripolidəki hökumətə tabe olmaqdan imtina edən silahlı qüvvələrin nəzarəti altındakı Zintan şəhərindəki həbsxanadadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi