Qazaxıstanın Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxdı

Qazaxıstanın Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxdı Qazaxıstanın Səhiyyə naziri Elcan Birtanova koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
14 İyun , 2020 11:34
Qazaxıstanın Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxdı

Qazaxıstanın Səhiyyə naziri Elcan Birtanova koronavirus diaqnozu qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirin özü məlumat verib.

Onun sözlərinə görə, artıq həkim nəzarətinə götürülüb və müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Qazaxıstanda koronavirusa 14496 yoluxma faktı qeydə alınıb, 9114 nəfər sağalıb, 73 nəfər isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi