Qazaxıstanın cənubunda ağır yol qəzası baş verib: 15 nəfər həlak olub

Qazaxıstanın cənubunda ağır yol qəzası baş verib: 15 nəfər həlak olub Qəza nəticəsində "Qazel-2705" markalı avtomobil "Mercedes-Benz Sprinter" markalı mikroavtobusla toqquşub
Digər ölkələr
20 Aprel , 2015 12:48
Qazaxıstanın cənubunda ağır yol qəzası baş verib: 15 nəfər həlak olub

Bakı. 20 aprel. REPORT.AZ/ Qazaxıstanın Cambul vilayətində ağır yol-nəqliyyat qəzası nəticəsində 15 Qırğızıstan vətəndaşı həlak olub. Bu barədə "Report" Qırğızıstan Respublikasının FHN-ə istinadən xəbər verir.

Qəza Almatı-Yekaterinburq yolunun 487-ci kilometrliyində baş verib. "Qazel-2705" markalı avtomobil "Mercedes-Benz Sprinter" markalı mikroavtobusla toqquşub.

Toqquşma nəticəsində hər iki avtomobil alışıb, yanğının baş verdiyi yerdə "Qazeli"in sürücüsü və mikroavtobusun 13 sərnişini olmaqla 14 cəsəd aşkar olunub, onlardan 3-ü uşaqdır. "Mikroavtobusun daha bir sərnişini aldığı xəsarətlərdən Karaqanda vilayəti Priozersk şəhər xəstəxanasında dünyasını dəyişib", - nazirliyin saytında deyilir. 

Daha 5 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi