Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanda təyyarə qəzaya uğrayıb Hadisə zamanı təyyarədə 5 nəfər olub
Digər ölkələr
120
4 Oktyabr , 2017 06:50
Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Qazaxıstanda təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnformburo.kz" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tibb personalının olduğu AN-28 təyyarəsi Almatıdan Şımkəndə uçarkən Şamalqan ərazisində radarlardan itib.

Təcili xidmətlər alovu lokallaşdırmaq üçün təyyarənin qəzaya uğradığı hadisə yerinə cəlb ediliblər. Bu barədə isə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmanqulov bildirib.

Hadisə zamanı təyyarədə 5 nəfər olub. Onların sonrakı taleyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi