Yuxarı

​Qazaxıstanda Rusiyadan məhsul idxalına qadağa qoyulması təklif edilir

Qazaxıstanın istehsal müəssisələri bazara ucuz rus məhsulu axını səbəbindən çətin vəziyyətə düşüb.

Bakı. 4 fevral. REPORT.AZ/ Qazaxıstanın Pavlodar vilayəti rəhbərliyi Rusiyadan məhsul idxalına müvəqqəti olaraq qadağanın tətbiq olunmasını təklif edir.

"Report" "Tengrinews.kz" nəşrinə istinadən xəbər verir ki, onlar belə bir təklif ilə ölkə baş nazirinin birinci müavini Bakıtjan Saqintayevə müraciət ediblər.

Qazaxıstanın istehsal müəssisələri bazara ucuz rus məhsulu axını səbəbindən çətin vəziyyətə düşüb.

"Qazaxıstan tədarükçüləri rusiyalı rəqiblərinin bir sıra məhsul növləri üzrə 30-60% daha aşağı qiymət təklif etmək imkanları ilə üzləşiblər. Bu, yerli sənaye müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərir", - deyə vilayət akiminin müavini Duysenbay Turqanov bildirib.

O, fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşən Pavlodar karton-ruberoyd zavodunu buna misal çəkib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi