Qazaxıstanın cənub-qərbində, Janaozen şəhərində yerləşən Qaz Emalı Zavodu yanğın baş verib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə zavodun direktoru Nakberqen Tulepov bildirib.
Onun sözlərinə görə, yanğın nəticəsində heç kim xəsarət almayıb: “Saat 22:52-də ((Bakı vaxtı ilə 21:52) yanğın tamamilə söndürülüb. Daha sonra mütəxəssislər müəssisəni məhdud rejimdə işə salmağa başlayıblar. Hazırda zavodun iş yükü təxminən 30% -dir. Tam gücü ilə işləməsi üçün bərpa işləri aparılır”.
Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin mətbuat xidməti də yanğınla bağlı məlumat yayıb. Qeyd olunub ki, dünən (16 iyun - Red) yerli vaxtla saat 22:55-də (Bakı vaxtı ilə 21: 15) kompressor sexində hava soyutma aparatı yanıb:
“Dərhal yanğının lokallaşdırılması və söndürülməsi üçün tədbirlər gördük. Qaz qəbulu və stansiya tamamilə dayandırıldı. Yanğının söndürülməsinə Fövqəladə Hallar Departamentinin yanğınsöndürmə briqadaları və canlı qüvvələri cəlb edilib”.