Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatını başa çatdırıb.
Digər ölkələr
21 oktyabr 2022 17:47
Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatını başa çatdırıb.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, qeydiyyat rəsmi olaraq yerli vaxtla saat 18:00-da başa çatıb və bundan sonra ölkədə seçkilər ərəfəsində “sükut günü”nə qədər (noyabrın 19-u saat 00:00-a qədər) davam edəcək təşviqat kampaniyası başlayıb.

MSK-nın iclasında komissiya üzvləri qanunvericiliklə nəzərdə tutulmuş sənədləri tam təqdim etmədiklərinə görə üç namizədi qeydiyyata almayıblar. Beləliklə, altı namizədə, o cümlədən hazırkı prezident Kasım-Jomart Tokayevə təşviqat kampaniyası aparmağa icazə verilib.

Son xəbərlər

Orphus sistemi