Qazaxıstanda partlayışın baş verdiyi anbarda 500 tondan çox trotil olub

Qazaxıstanda partlayışın baş verdiyi anbarda 500 tondan çox trotil olub Qazaxıstanda azı 6 partlayışın baş verdiyi döyüş sursatı anbarında 500 tondan çox trotil olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın FHN-nin rəsmi nümayəndəsi Talqat Uali bildirib.
Digər ölkələr
27 Avqust , 2021 11:02
Qazaxıstanda partlayışın baş verdiyi anbarda 500 tondan çox trotil olub

Qazaxıstanda azı 6 partlayışın baş verdiyi döyüş sursatı anbarında 500 tondan çox trotil olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın FHN-nin rəsmi nümayəndəsi Talqat Uali bildirib.

Məlumata görə, xəsarət almış 66 nəfər xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı silahla, habelə ətrafdakılar üçün təhlükə törədən maddə və əşyalarla davranış qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırılıb. Ətraf kəndlərin sakinləri təxliyə edilib.

Bu gün səhərə olan məlumata görə, yanğın davam edir.

Son xəbərlər

Orphus sistemi