Qazaxıstanda partlayış olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda partlayış olub, ölən və xəsarət alanlar var Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
17 Noyabr , 2021 08:53
Qazaxıstanda partlayış olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

“Report”un xəbərinə görə, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralılar xəstəxanaya yerləşdirilib

Yanğınla nəticələnən partlayış Akmolinsk rayonunun Şortandı kəndində kazarma tipli evin mənzillərindən birində baş verib.

Hazırda yanğın söndürülüb. “Kazinform”un xəbərinə görə, alovun söndürülməsinə 39 yanğınsöndürən və 8 texnika cəlb olunub. Qeyd edilir ki, alov geniş ərazini əhatə edib.

İstintaq-əməliyyat qrupu və Akmolinsk vilayətinin yanğınsöndürmə laboratoriyası hadisənin səbəblərini və şəraitini müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi