Yuxarı
    Bağlamaq

    Qazaxıstan parlamentində üç siyasi partiya təmsil olunacaq

    Seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib

    Bakı. 21 mart. REPORT.AZ/ Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən ali qanunvericilik orqanında üç siyasi partiya təmsil olunacaq.

    "Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, hakim “Nur Otan” partiyası 82, 15 faiz, "Ak jol” demokratik partiyasi 7,18 faiz, kommunist partiyası isə 7, 14 faiz səs toplayıb.

    Seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib.

    Qeyd edək ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

    Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi