​Qazaxıstanda ötən ay baş verən atışma zamanı yaralanan polislərdən daha biri keçinib

​Qazaxıstanda ötən ay baş verən atışma zamanı yaralanan polislərdən daha biri keçinib Beləliklə, terror aktı nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
Digər ölkələr
11 Avqust , 2016 08:50
​Qazaxıstanda ötən ay baş verən atışma zamanı yaralanan polislərdən daha biri keçinib

Bakı. 11 avqust. REPORT.AZ/ İyulun 18-də Qazaxıstanın Alma-Atı şəhərində baş verən atışma zamanı yaralanan polis əməkdaşlarından daha biri dünyasını dəyişib və beləliklə, həmin hadisə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, iyulun 18-də silahlı şəxs Alma-Atıda polis əməkdaşlarına hücum edib.

Həmin vaxt altı nəfər həyatını itirib, 6 polis və iki mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib. Sonradan xəstəxanada polislərdən ikisi də keçinib. Daha sonra şəhərdə xüsusi əməliyyat aparılıb, hücum edən şəxs saxlanılıb. Bu, iki dəfə məhkum edilən 26 yaşlı Qızılorda sakini Ruslan Kulekbayev olub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş verən hadisəni terror aktı adlandırıb.

Son xəbərlər

Orphus sistemi