Qazaxıstanda prezident seçkilərində ilkin seçici iştirakı 77,4 faiz təşkil edib - YENİLƏNİB-3

Qazaxıstanda prezident seçkilərində ilkin seçici iştirakı 77,4 faiz təşkil edib - YENİLƏNİB-3 Qazaxıstanda keçirilən prezident seçkilərində bütün ölkə ərazisində seçki məntəqələri bağlandıqdan sonra Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, seçici iştirakı 77,4% təşkil edib.
Digər ölkələr
9 İyun , 2019 21:37
Qazaxıstanda prezident seçkilərində ilkin seçici iştirakı 77,4 faiz təşkil edib - YENİLƏNİB-3

Qazaxıstanda keçirilən prezident seçkilərində bütün ölkə ərazisində seçki məntəqələri bağlandıqdan sonra Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, seçici iştirakı 77,4% təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin nəticələri jurnalistlər üçün keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleyman açıqlayıb.

"Respublika əhəmiyyətli vilayət və şəhərlərdən, həmçinin paytaxtın seçki komissiyalarından 9 iyun saat 22:00-a qədər daxil olan məlumatlara əsasən, siyahıya alınan seçicilərin ümumi sayından 77,4% seçki bülleteni alıb", - deyə o bildirib.

Komissiyaların məlumatına görə, daha çox fəallıq Almatı (84,8%) və Türkistan vilayətində (84,8%) qeydə alınıb.


***18:40

Bazar günü Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 07:00-da açılıb və 20:00-a qədər fəaliyyət göstərib.

Daha 64 məntəqə həmin gün Azərbaycan da daxil olmaqla 51 xarici ölkədə açılıb. Xaricdə təqribən 15 min Qazaxıstan vətəndaşı səs vermək hüququ əldə edib.


***17:55

Bazar ertəsi Qazaxıstanda keçirilən prezident seçkilərində yerli vaxtla 18:00-a olan seçici iştirakı 72,9% təşkil edir.

"Report" xəbər verir ki, bunu brifinqdə respublikanın Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.


***05:18

Qazaxıstanın regionlarının əksəriyyətində növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb.

"Report" xəbər verir ki, bu, sayca ölkədə altıncı seçkidir. 

Ölkəyə demək olar ki, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev martın 20-də özünün prezidentin səlahiyyətlərinə xitam verib. Dövlət başçısı əvvəllər parlament yuxarı palatasının spikeri olmuş Kasım-Jomart Tokayev olub.

Tokayev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib.

Ölkədə yeddi nəfərin, o cümlədən Tokayevin prezidentliyə namizədliyi qeydə alınıb. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.

Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səs toplamasa, ikinci tur təyin ediləcək.

Son xəbərlər

Orphus sistemi