Qazaxıstanın Atırausk vilayətinin Tenqiz neft mədənində qazax və əcnəbi işçilər arasında baş vermiş dava zamanı 30 nəfər xəsarət alıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region administrasiyasının mətbuat xidməti bildirib.
Məlumata görə, işçilər Tengizdə "Sohsolited Contracting Endihering and Prourement S.A.L Offshore" (CCER) şirkətində toplaşaraq, bu yaxınlarda Liviya vətəndaşının "WhatsApp"dakı profilində yerli qızın fotosunu yerləşdirməsinə narazılıqlarını ifadə ediblər.
Məlumatda qeyd edilir ki, tibb məntəqəsində 30 nəfərə tibbi yardım göstərilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir. Qarşıdurma zamanı ölən olmayıb.
Qazaxıstanın
Hadisə yerində məsul vəzifəli şəxslər və rayon prokuroru gəlib.