Qazaxıstanda ikihəftəlik karantin tətbiq ediləcək

Qazaxıstanda ikihəftəlik karantin tətbiq ediləcək Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.
Digər ölkələr
1 İyul , 2020 20:14
Qazaxıstanda ikihəftəlik karantin tətbiq ediləcək

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.

“Report” “Khabar 24”ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Twitter”dəki hesabında bildirib.

Qeyd olunub ki, ölkədə karantin müddəti uzadıla bilər. Sabah İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.

Son xəbərlər

Orphus sistemi