Yuxarı
    Bağlamaq

    Qazaxıstanda helikopter qəzası: 1 yaralı

    Yaralının bədəninin 50 faizinin yanığı diaqnozu ilə xəstəxanaya gətirildiyi bildirilir

    Bakı. 24 yanvar. REPORT.AZ/ Qazaxıstanın Jınbıl vilayətindəmülki helikopter qəzaya uğrayıb.

    "Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, Rıskulov rayonunda qəzaya uğrayan Mİ-2 helikopterinin göyərtəsində olan bir nəfər ağır yaralanıb.

    Yaralının bədəninin 50 faizinin yanığı diaqnozu ilə Taraz şəhər xəstəxanasına gətirildiyi bildirilir.

    Qəzanın səbəbləri və helikopterdə ümumilikdə neçə nəfərin olduğu açıqlanmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi