Qazaxıstanda bir il ərzində 11 terror aktının qarşısı alınıb

Qazaxıstanda bir il ərzində 11 terror aktının qarşısı alınıb Bakı. 12 dekabr. REPORT.AZ/ Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) bu il terror xarakterli 11 aksiyanın qarşısını alıb.
Digər ölkələr
12 Dekabr , 2017 11:35
Qazaxıstanda bir il ərzində 11 terror aktının qarşısı alınıb
AP

Bakı. 12 dekabr. REPORT.AZ/ Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) bu il terror xarakterli 11 aksiyanın qarşısını alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MTK-nın sədr müavini Nurqali Bilisbekov bildirib.

"2017-ci ildə terror xarakterli 11 zorakılıq aksiyasının qarşısı alınıb", - o, Qazaxıstan parlamentinin yuxarı palatasında ekstremizm və terrorizmlə mübarizə məsələləri üzrə qanunvericiliyə edilən dəyişikliklərə həsr olunmuş görüşdə deyib.

N.Bilisbekov söyləyib ki, ölkədə sabit vəziyyət təmin edilib.

Son xəbərlər

Orphus sistemi