Qazaxıstan beynəlxalq uçuşları bərpa edir

Qazaxıstan beynəlxalq uçuşları bərpa edir Qazaxıstanda 20 iyun tarixindən xarici ölkələrə təyyarə uçuşları bərpa edilir.
Digər ölkələr
20 İyun , 2020 10:39
Qazaxıstan beynəlxalq uçuşları bərpa edir

Qazaxıstanda 20 iyun tarixindən xarici ölkələrə təyyarə uçuşları bərpa edilir.

“Report” “Tengrinews”a istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya Komitəsi Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən, mərhələli şəkildə Türkiyə, Gürcüstan, Çin, Cənubi Koreya, Yaponiya, Tailand kimi ölkələrə uçuşları açacaq.

May ayının sonunda Mülki Aviasiya Komitəsinin sədri Təlğət Lastayev beynəlxalq uçuşların mərhələli şəkildə bərpasına dair plan hazırladıqlarını, birinci mərhələdə Çin, Cənubi Koreya, Azərbaycan, ikinci mərhələdə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Almaniya, Çex Respublikası kimi ölkələrə uçuşlara başlayacaqlarını açıqlamışdı.

Qeyd edək ki, yeni koronavirusun yayılması ilə əlaqədar 16 mart tarixindən 11 may tarixinədək ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılmış, may ayının 25-dən daxili uçuşlar bərpa edilmişdi.

Son xəbərlər

Orphus sistemi