Qazaxıstanda ağır yol qəzası baş verib: 5 ölü, 2 yaralı

Qazaxıstanda ağır yol qəzası baş verib: 5 ölü, 2 yaralı Dörd yaşlı uşaq və sürücü xəstəxanaya yerləşdirilib
Digər ölkələr
24 Mart , 2017 06:03
Qazaxıstanda ağır yol qəzası baş verib: 5 ölü, 2 yaralı
Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Qazaxıstanın Karaqanda vilayətinin Karaqanda-Balxaş magistralında iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Kazinform" agentliyi xəbər verib.

Agentliyin xəbərində bildirilir ki, "Mercedes" və "Toyota" avtomobilləri Abaysk rayonunun Spassk qəsəbəsindən 20 kilometr məsafədə toqquşublar. Şımkentdən gələn "Mercedes"də hadisə zamanı 3 nəfər, Almatıdan gələn "Toyota"da isə iki uşaqlı ailə olub.

"Mercedes" hansısa səbəbdən qarşıdan gələn avtomobilin yoluna çıxıb. Nəticədə sürücü də daxil olmaqla, avtomobildəki 3 nəfərin hamısı hadisə yerindəcə ölüb. "Toyota" sərnişinlərindən isə qadın və 2 yaşlı uşağı qəzanın qurbanı olub.

Hadisə zamanı ölmüş qadının 4 yaşlı uşağı və "Toyota"nın sürücüsü xəstəxanaya yerləşdirilib. Makajanov adına Ortopediya və Travmatologiya Mərkəzindən bildirilib ki, hər iki yaralı reanimasiyadadır. 

Son xəbərlər

Orphus sistemi