Qazaxıstan sülhməramlı əməliyyatlarda iştirakını genişləndirmək istəyir

Qazaxıstan sülhməramlı əməliyyatlarda iştirakını genişləndirmək istəyir Qazaxıstan BMT-nin sülhməramlı əməliyyatlarında iştirak coğrafiyasını genişləndirməkdə maraqlıdır.
Digər ölkələr
10 Dekabr , 2021 04:44
Qazaxıstan sülhməramlı əməliyyatlarda iştirakını genişləndirmək istəyir

Qazaxıstan BMT-nin sülhməramlı əməliyyatlarında iştirak coğrafiyasını genişləndirməkdə maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat Qazaxıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Müdafiə Nazirliyinin nümayəndələri BMT-yə üzv dövlətlərin müdafiə nazirlərinin sülhməramlılıq üzrə sammitində iştirak ediblər.

Tədbir çərçivəsində BMT-nin sülhməramlı fəaliyyətinin daha da inkişaf etdirilməsi yolları öyrənilib və BMT Baş katibinin 2018-ci ilin mart ayında irəli sürdüyü “Sülhün qorunması üzrə tədbirlər” təkliflərinin həyata keçirilməsinin nəticələrinə yekun vurulub.

Müdafiə nazirinin müavini, general-leytenant Sultan Kamaletdinov Qazaxıstanın sülhməramlı fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib, təşkilatın sülhməramlı əməliyyatlarında dövlətin fəal iştirakını qeyd edib.

Bundan əlavə, o, ölkəsinin sülhməramlılar üçün əlavə kvotalar əldə etmək və ölkənin sülhməramlı potensialının gücləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Müdafiə Nazirliyi bildirir ki, 2007-ci ildən indiyədək 500-dən çox qazax hərbçisi BMT-nin Nepal, Qərbi Sahara, Kot-d'İvuar və Livandakı missiyalarında iştirak edib.

Son xəbərlər

Orphus sistemi