​Qazaxıstan Rusiya qazının öz ərazisindən Çinə nəqlini təklif edib

​Qazaxıstan Rusiya qazının öz ərazisindən Çinə nəqlini təklif edib Nəqli həyata keçirmək üçün kompressor stansiyaları quraşdırılmalıdır
Digər ölkələr
24 Mart , 2015 11:24
​Qazaxıstan Rusiya qazının öz ərazisindən Çinə nəqlini təklif edib

Bakı. 24 mart.REPORT.AZ/ "Report"un "Qazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, Qazaxıstan Rusiyaya öz ərazisindən Çinə qaz nəql etməyi təklif edib.

"Kazmunayqaz"ın rəhbəri Sauat Mınbayevin sözlərinə görə, Rusiya qazının Çinə tranziti üçün "Buxara-Ural" və "Bozoy-Çimkənd" qaz kəmərləri ilə Rusiyadan Qazaxıstanın cənubuna qaz nəqli üçün nəzərdə tutulan marşrutdan da istifadə etmək olar.

Qeyd edək ki, "Bozoy-Çimkənd" qaz kəməri "Orta Asiya-Çin" magistral qaz kəməri ilə birləşib. Bu kəmər vasitəsilə "mavi yanacaq" Türkmənistandan Çinə nəql edilir.

Mınbayev nəqli həyata keçirmək və qaz kəmərində təzyiqi yüksəltmək üçün kompressor stansiyalarının quraşdırılmasını vacıb sayıb.

"Qazprom"un nümayəndələri Qazaxıstan tərəfinin bu təklifini şərh etməkdən imtina ediblər. Şirkətdəki mənbənin sözlərinə görə, Astananın bu təklifi o qədər də əlverişli görünmür və hər bir halda "Altay"ın tikintisi mütləq prioritet olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi