Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin səhiyyə naziri Aleksey Çoyu vəzifəsindən azad edib.
Digər ölkələr
20 Dekabr , 2021 08:34
Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə səhiyyə naziri Aleksey Tsoy vəzifəsindən azad edilib.

Bu barədə “Report” Qazaxıstan Prezidentinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Aleksey Vladimiroviç Tsoy Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, - mətbuat xidmətindən bildirilib. 44 yaşlı nazirin vəzifədən azad olunma səbəbi açıqlanmayıb.

Bundan əvvəl Tokayev “KazAvtoJol” milli şirkətinin rəhbəri Ulan Alipovu vəzifəsindən azad edib. Avtomobil yollarının idarə edilməsi üzrə milli operatorun rəhbərinin işdən çıxarılmasına səbəb işinin qənaətbəxş olmaması olub.

Son xəbərlər

Orphus sistemi