Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək

Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə aprelin 5-də Özbəkistana səfər edəcək.
Region
4 Aprel , 2024 19:12
Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə aprelin 5-də Özbəkistana səfər edəcək.

“Report” bu barədə Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qədim Xivə şəhərində baş tutacaq danışıqlarda Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, çoxplanlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, danışıqlar zamanı liderlər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına, iqtisadiyyatın əsas sahələrində kooperasiya əlaqələrinin inkişafına və s. məsələlərə xüsusi diqqət yetirəcəklər.

Mətbuat xidməti əlavə edib ki, dövlət başçıları regional gündəlikdəki məsələləri də müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi