Bakı. 18 iyul. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatıda baş verən hadisələrlə əlaqədar bu gün Təhlükəsizlik Şurasının əməliyyat müşavirəsini toplayıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qazaxıstan baş naziri Kərim Məsimovun sözlərinə görə, görüş zamanı Almatı hadisələri ilə əlaqədar müəyyən qərarlar qəbul olunacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında Qazaxıstanın ən böyük şəhəri olan Almatıda naməlum silahlı şəxslər polis bölməsinə hücum edib. Atışma nəticəsində hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub, yaralananlar var. Hücum edən silahlı qruplaşmanın bir üzvü həbs edilib, digəri axtarışdadır.