​Qazaxıstan kirildən latın əlifbasına keçir

​Qazaxıstan kirildən latın əlifbasına keçir Bunun üçün 300 milyon dollar tələb olunur
Digər ölkələr
23 Fevral , 2016 23:10
​Qazaxıstan kirildən latın əlifbasına keçir

Bakı. 23 fevral. REPORT.AZ/ Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muhamediulı bildirib ki, qazax dili və yazısında yeni mərhələ başlayır. Ölkə 2025-ci ilədək əlifbasını latın dilinə keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Novaya qazeta" yazıb.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi proqram qəbul olunub.

"Qazax hərflərinin milli tələffüz xüsusiyyətləri əlavə qərarlar tələb edir. Bu asan deyil, lakin beynəlxalq aləmə daha az ağrılı şəkildə inteqrasiya etmək lazımdır", – deyə o bildirib.

Mütəxəssislərin hesablamalarına görə, özündə bütün dövlət sənədləri, kitab, çap məhsulları və s-nin tərcüməsini ehtiva edən kiril əlifbasından latına keçid, hökumətə 300 milyon dollara başa gələcək.

Son xəbərlər

Orphus sistemi