Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib BMT Baş Assambleyasının 70-ci sessiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçib
Digər ölkələr
29 İyun , 2016 09:51
Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Bakı. 29 iyun. REPORT.AZ/ BMT Baş Assambleyasının 70-ci sessiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçib. Seçilənlər arasında Qazaxıstan da var.

"Report" BMT-nin saytına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının yeni seçilmiş qeyri-daimi üzvlərinin səlahiyyət müddəti iki ildir.

Boliviya və Efiopiya regional qruplarında heç bir rəqib olmadığından səsvermənin ilk turunda seçilib. İlk turda, həmçinin İsveç də qalib gəlib.

İkinci turda Qazaxıstan və Tayland arasında seçim başa çatıb. Bu mübarizədə qalib gələn Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Qərbi Avropa dövlətləri qrupundan yerdə qalan bir "vəsiqə" uğrunda İtaliya və Hollandiya mübarizə aparmağa davam edir.

Xatırladaq ki, 2016-2017-ci illər üzrə Şuranın qeyri-daimi üzvləri kimi ötən il Misir, Seneqal, Ukrayna, Uruqvay və Yaponiya seçilmişdi.

Bu il dekabrın 31-də isə Anqola, Malayziya, Venesuela, Yeni Zelandiya və İspaniya Təhlükəsizlik Şurasındakı yerlərini tərk etməli olacaq.

Son xəbərlər

Orphus sistemi