Qazaxıstan bu il Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq

Qazaxıstan bu il Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq XİN rəhbəri: "Qazaxıstan ÜTT-yə daxil olmağı planlaşdırır"
Digər ölkələr
16 Fevral , 2015 11:29
Qazaxıstan bu il Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Bu il Qazaxıstan Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalamağı və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağı planlaşdırır. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov ölkə parlamentinin aşağı palatasında çıxışı zaman bildirib. 

"Ötən il Avropa İttifaqı ilə tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi  haqqında yeni müqavilənin müzakirəsi və Qazaxıstanın ÜTT-yə daxil olmasına dair danışıqlar başa çatıb. Biz ümid edirik ki, bu il hər iki proses tamamlanacaq", - nazir vurğulayıb. 

"Avropa İttifaqının 28 üzv ölkələri çərçivəsində keçirilən mürəkkəb bürokratik razılaşdırma prosedurundan sonra biz bu müqaviləni imzalaya və onun üzərində konkret fəaliyyətə başlaya biləcəyik", - İdrisov qeyd edib. O əlavə edib ki, bu ilin yanvar ayında həmin sənədin məzmunu Aİ ilə razılaşdırılıb. 

Nazirin sözlərinə görə, həmin ümidlər ÜTT-yə daxil olmaqla da bağlı mövcuddur. "ÜTT iqtisadi əhəmiyyətdən çox, siyasi əhəmiyyət kəsb edir. Onun vasitəsilə biz geniş yayılmış dünya ticarət şəbəkəsindən, onun standartları, normaları və qaydalarından istifadə etmək imkanını əldə edəcəyik. Bizim üçün ÜTT inkişaf nöqtəsidir. Qazaxıstan ardıcıl surətdə bu istiqamətdə işlərini davam etdirir", - XİN rəhbəri bəyan edib. 

Son xəbərlər

Orphus sistemi