Qazaxıstan BMT-nin sülhməramlı missiyalarında iştirak üçün 430 hərbçi göndərəcək

Qazaxıstan BMT-nin sülhməramlı missiyalarında iştirak üçün 430 hərbçi göndərəcək Qazaxıstan Mərkəzi Afrika Respublikası, Konqo, Mali və Livanda BMT-nin sülhməramlı missiyalarında iştirak etmək üçün 430 hərbçi göndərəcək.
Digər ölkələr
1 İyul , 2022 06:39
Qazaxıstan BMT-nin sülhməramlı missiyalarında iştirak üçün 430 hərbçi göndərəcək

Qazaxıstan Mərkəzi Afrika Respublikası, Konqo, Mali və Livanda BMT-nin sülhməramlı missiyalarında iştirak etmək üçün 430 hərbçi göndərəcək.

"Report" xəbər verir ki, parlament palatalarının birgə iclasında deputatlar Prezident Kasım-Jomart Tokayevin sülhməramlı kontingentin göndərilməsi ilə bağlı təklifini bəyəniblər.

Parlamentdə çıxış edən Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, regionda baş verən son hadisələr milli təhlükəsizliyə yeni risklər və çağırışlar üçün əsasdır. Ona görə də qoşunların daha da gücləndirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir.

“Bu kontekstdə BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, Mərkəzi Afrika Respublikası, Konqo və Malidə Qazaxıstan Silahlı Qüvvələrinin BMT-nin sülhməramlı missiyalarında iştirakının genişləndirilməsini məqsədəuyğun hesab edirəm. Qazaxıstan həm qərargah zabiti, həm də hərbi müşahidəçi qismində ayrı-ayrı hərbçiləri, eləcə də BMT missiyalarında ən çox tələbat olan ixtisaslaşdırılmış bölmələri: piyada, tibb, kəşfiyyat, hərbi polisin mühəndis hissələrini təqdim etməyə hazırdır”, - Jaksılıkov bildirib.

Son xəbərlər

Orphus sistemi