Qayıqda selfi faciə ilə nəticələndi

Qayıqda selfi faciə ilə nəticələndi İndoneziyanın Kedunq Ombo su anbarında içərisində 20 nəfər olan qayıq aşıb.
Digər ölkələr
16 May , 2021 04:02
Qayıqda selfi faciə ilə nəticələndi

İndoneziyanın Kedunq Ombo su anbarında içərisində 20 nəfər olan qayıq aşıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, 11 nəfəri xilas etmək mümkün olub, doqquz nəfərin axtarışları davam edir. Hadisə yerinə dalğıc-xilasediciləri cəlb olunub.

Yerli hakimiyyət orqanları bildirib ki, qayıq insanlar selfi çəkməyə çalışarkən aşıb.

Son xəbərlər

Orphus sistemi