Yuxarı

​"Qatar Airways"in təyyarəsi burulğana düşüb, 40 nəfər yaralanıb

İnsident şənbə günü Doha-Manila reysi zamanı baş verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Qatar Airways" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsinin güclü burulğan zonasına düşməsi nəticəsində üçü uşaq olmaqla təqribən 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Filippinin Mülkü Aviasiya İdarəsi məlumat yayıb.

Hadisə şənbə günü Doha-Manila reysi zamanı baş verib.

"Manilaya yaxınlaşan zaman kapitan prioritet eniş istəyib, çünki təyyarənin göyərtəsində yaralılar olub. Onlardan üçü uşaq, ikisi heyət üzvü olub", - deyə bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi