Yuxarı
    Bağlamaq

    Qasırğa Fransaya 1,2 milyard avro ziyan vurub

    Bu məbləğ yaşayış evləri, avtomobil və müəssisələrə dəyən ziyanın ödənilməsi, eləcə də, əməliyyat xərclərini özündə əks etdirir

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Fransanın Sen-Marten və Sen-Bartelmi adalarına üz verən "İrma" qasırğası nəticəsində dəyən ziyan 1,2 milyard avro dəyərində qiymətləndirilir.

    "Report" xəbər verir ki, bu barədə Fransanın CCR Dövlət Sığorta Xidmətinə istinadən "İnterfax" məlumat yayıb.

    "CCR məbləğin təqribən 1,2 mlrd. avro olacağını ehtimal edir. Bu məbləğ yaşayış evləri, avtomobil və müəssisələrə dəyən ziyanın ödənilməsi, eləcə də, əməliyyat xərclərini özündə əks etdirir", — deyə şirkətdən bildirilib.

    Həmçinin əlavə olunub ki, bu, Fransa üçün son 35 ildə ən dağıdıcı qasırğalardan biri olub.

    Şirkət nümayəndələri bildiriblər ki, ödənişlər əvvəlcədən təbii fəlakətlərdən sığortalanmış şəxslərə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi