Qasırğa ABŞ-ın Luiziana ştatına ciddi ziyan vurub - FOTO - VİDEO

Qasırğa ABŞ-ın Luiziana ştatına ciddi ziyan vurub - FOTO - VİDEO İki sakin ciddi xəsarət alıb
Digər ölkələr
8 Fevral , 2017 03:30
Qasırğa ABŞ-ın Luiziana ştatına ciddi ziyan vurub - FOTO - VİDEO

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatının cənub hissəsində baş vermiş üç güclü qasırğa ciddi dağıntılara səbəb olub.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib.

Məlumata görə, qasırğa xüsusən Donaldsonvil və Killiana külli miqdarda ziyan vurub. Təbii fəlakət zamanı zərərçəkənlər də olub. Yeni Orleanda onlarla insan qasırğadan zərər çəkib. 

Şəhər meri Mitç Lendryu bildirib ki, təbii fəlakət zamanı iki sakin ciddi xəsarət alıb. Onun sözlərinə görə, bununla yanaşı, çoxlu sayda binaya zərər dəyib. 

Son xəbərlər

Orphus sistemi