Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb

Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin doğma Kerman şəhərində dəfn mərasimində yaranan basırıq nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.
Digər ölkələr
7 Yanvar , 2020 16:48
Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin doğma Kerman şəhərində dəfn mərasimində yaranan basırıq nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.

“Report” xəbər xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, 200-dən çox insan xəsarət alıb.

“Press TV” isə yaşanan sıxlıq səbəbilə Q.Süleymaninin dəfn mərasiminin təxirə salındığını bildirib.

Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb

Son xəbərlər

Orphus sistemi