Qara dənizdə 4 ölkənin hərbi təlimləri keçirilib

Qara dənizdə 4 ölkənin hərbi təlimləri keçirilib ABŞ, Rumıniya, Türkiyə və Ukrayna donanmasının 7 hərbi gəmisi Qara dəniz sahillərində beynəlxalq sularda təlimlər keçirib.
Digər ölkələr
13 Noyabr , 2021 03:46
Qara dənizdə 4 ölkənin hərbi təlimləri keçirilib

ABŞ, Rumıniya, Türkiyə və Ukrayna donanmasının 7 hərbi gəmisi Qara dəniz sahillərində beynəlxalq sularda təlimlər keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hərbi manevrlərdə Rumıniyanın “Marasesti” freqatı, ABŞ-ın “Porter” esminesi, “Mount Whitney” komanda gəmisi və “Con Lenthall” tankeri, Türkiyənin “Yavuz” freqatı, həmçinin Ukraynanın “Yuri Olefirenko” desant gəmisi və “Slavyansk” patrul kateri iştirak edib.

Rumıniya hərbi idarəsinin bildirdiyinə görə, təlimin məqsədi böhran vəziyyətlərində NATO-nun Qara dənizdə potensialını gücləndirmək və iştirakçı ölkələrin donanmaları arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaqdır.

Son xəbərlər

Orphus sistemi