​Qanada YDM-də partlayış 100-dən çox insanın ölümü ilə nəticələnib

​Qanada YDM-də partlayış 100-dən çox insanın ölümü ilə nəticələnib Partlayış səhər saatlarında ölkə paytaxtında baş verib
Digər ölkələr
4 İyun , 2015 21:59
​Qanada YDM-də partlayış 100-dən çox insanın ölümü ilə nəticələnib

Bakı. 04 İyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Qananın paytaxtı Akkra şəhərinin mərkəzində yerləşən yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.

"Report" xəbər verir ki, "MyJoyOnline" nəşrinin son məlumatlarına görə, faciə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Bununla yanaşı ölənlərin dəqiq sayını demək mümkün deyil, çünki xilasedicilər məntəqənin dağıntıları altından və yanmış maşınların içindən insan meyitləri tapmaqda davam edirlər.

Son xəbərlər

Orphus sistemi