Yuxarı

​Qanada sərnişin avtobusu ilə yük maşını toqquşub, 61 nəfər ölüb

Qəzaya avtobusda əyləc sisteminin işləməməsi səbəb olub

Bakı. 19 fevral. REPORT.AZ/ Qərbi Afrikada yerləşən Qana Respublikasında baş verən dəhşətli yol qəzası nəticəsində, son məlumatlara görə, 61 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, qəza sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verib. Həkimlər sərnişinlərin əksəriyyətinin hadisə yerində öldüyünü, 25 nəfərin sağ qaldığını bildiriblər.

İlkin məlumatlara görə, toqquşmaya avtobusda əyləc sisteminin işləməməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi