Qambiyanın yeni seçilmiş prezidentinin oğlunu it parçalayıb

Qambiyanın yeni seçilmiş prezidentinin oğlunu it parçalayıb Həbibu Barrou xəstəxanaya aparılarkən yolda keçinib
Digər ölkələr
17 Yanvar , 2017 05:51
Qambiyanın yeni seçilmiş prezidentinin oğlunu it parçalayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Qambiyanın yeni seçilmiş prezidenti Adəm Barrounun 8 yaşlı oğlu it dişləməsindən sonra vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Həbibu Barrou adlı uşaq bazar günü Qambiyanın paytaxtı Banjul yaxınlığında yerləşən Mancai xəstəxanasına aparılarkən yolda keçinib.

A.Barrou oğlunun dəfninə gələ bilməyib. Çünki ona təhlükəsizlik məqsədi ilə cümə axşamı andiçmə mərasiminin keçiriləcəyi Seneqalda qalmaq tövsiyə olunub.

O, seçkiləri ötən il qazanıb. Lakin ölkənin hazırkı prezidenti Yəhya Camme onun qələbəsini tanımayıb.

Son xəbərlər

Orphus sistemi