Qambiyada dövlət çevrilişi cəhdinin qarşısı alınsa da prezident vətənə qayıtmağa tələsmir

Qambiyada dövlət çevrilişi cəhdinin qarşısı alınsa da prezident vətənə qayıtmağa tələsmir Yaya Camme özü də 1994-cü ildə Qambiyada hakimiyyətə hərbi çevriliş nəticəsində gəlmişdi
Digər ölkələr
31 Dekabr , 2014 06:48
Qambiyada dövlət çevrilişi cəhdinin qarşısı alınsa da prezident vətənə qayıtmağa tələsmir

Bakı. 31 dekabr. REPORT.AZ/ Qərbi Afrikanın ən kiçik dövləti olan Qambiya Respublkasında prezident Yaya Cammenin xarici səfərdə olduğunu fürsət bilən bir grup silahlı şəxs prezident sarayına hücum etsə də hərbçilərin müqaviməti ilə qarşılaşıblar.

"Report" Reuters agentliyinə istinadla xəbər verir ki, baxmayaraq ki, hərbçilər dövlət çevrilişini planlaşdıran şəxsi zərərləşdiriblər, qonşu Çad Respublikasına gələn prezident Y.Camme vətənə qayıdmağa tələsmir.

Xatırladaq ki, Qambiya prezindentinin özü də 1994-cü ildə hakimiyyətə hərbi çevriliş nəticəsində gəlmişdi. Yaya Camme dövlət başçısı postuna leytenant rütbəsində sahib oldu.

Son xəbərlər

Orphus sistemi