Qambiya prezidenti seçkilərdəki məğlubiyyətdən sonra istefa verməkdən imtina edib

Qambiya prezidenti seçkilərdəki məğlubiyyətdən sonra istefa verməkdən imtina edib Yəhya Camme məğlubiyyətinə Ali Məhkəmədə etiraz etmək niyyətindədir
Digər ölkələr
21 Dekabr , 2016 10:09
Qambiya prezidenti seçkilərdəki məğlubiyyətdən sonra istefa verməkdən imtina edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Qambiya prezidenti Yəhya Camme mandatı başa çatdıqdan sonra istefaya getməkdən imtina edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

"Mən qorxaq deyiləm. Hüquqlarımı pozmaq olmaz. Mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz", - deyə o bildirib.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də baş tutub. Səçkilərdə hazırkı prezident Yəhya Camme 36,7% səs qazanıb. Qələbəni isə müxalif Birləşmiş Demokrat Partiyasının namizədi Adama Barrou qazanıb (45,5% səs).

Bundan sonra Y.Camme bəyanatla çıxış edib və seçki prosesində ciddi pozuntular olduğunu vurğulayaraq, seçkilərin nəticələrini qəbul etməkdən imtina edib. Qambiya prezidenti məğlubiyyətinə Ali Məhkəmədə etiraz etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi