Qalıq yanacaqlardan imtina edən ölkələr alyansın daha da genişlənəcəyini gözləyirlər

Qalıq yanacaqlardan imtina edən ölkələr alyansın daha da genişlənəcəyini gözləyirlər İspaniya, Keniya və Samoa - Dubayda keçirilən COP28 iqlim dəyişikliyi konfransı çərçivəsində BOGA “Post-neft və qaz alyansı “təşəbbüsünə qoşulmaq qərarına gəlib.
Digər ölkələr
11 Dekabr , 2023 19:17
Qalıq yanacaqlardan imtina edən ölkələr alyansın daha da genişlənəcəyini gözləyirlər

İspaniya, Keniya və Samoa - Dubayda keçirilən COP28 iqlim dəyişikliyi konfransı çərçivəsində BOGA “Post-neft və qaz alyansı" təşəbbüsünə qoşulmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə iştirakçılar alyansa üzv ölkələrin energetika nazirlərinin mətbuat konfransında bildiriblər.

Fransanın ətraf mühit və energetika naziri Barbara Pompilin qeyd edib ki, onun ölkəsi milli səviyyədə ənənəvi enerji resurslarının inkişafı və istifadəsindən imtina etmək üçün bir sıra qərarlar qəbul edib.

Onun sözlərinə görə, alyans ölkələri 2040-cı ildən sonra yeni karbohidrogen ehtiyatlarının işlənməsindən də imtina etməyi planlaşdırır, qalıq yanacaqların istehsalı və istehlakının planlı və mərhələli şəkildə dayandırılması tələb olunur.

Son xəbərlər

Orphus sistemi