Qahirədəki kilsədə baş vermiş partlayışda ölənlərin sayı 26 nəfərə çatıb

Qahirədəki kilsədə baş vermiş partlayışda ölənlərin sayı 26 nəfərə çatıb Hazırda xəstəxanada 23 yaralı var
Digər ölkələr
16 Dekabr , 2016 21:47
Qahirədəki kilsədə baş vermiş partlayışda ölənlərin sayı 26 nəfərə çatıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhərindəki kopt kilsəsində baş vermiş partlayışda ölənlərin sayı 26 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə rəsmi "MENA" agentliyi Misirin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət almış 70 yaşlı daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Həkimlər bildirirlər ki, hazırda xəstəxanada 23 yaralı var, onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, hakimiyyət orqanlarının son məlumatında hadisə zamanı 25 nəfərin xəsarət aldığı, 49 nəfərin yaralandığı bildirilirdi. Qahirədəki kopt kilsəsində partlayış dekabrın 11-də baş verib. 

Son xəbərlər

Orphus sistemi