Misirin paytaxtı Qahirə şəhərinin Gizə rayonunda sərnişin mikroavtobusunun körpüdən aşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
“Report” “Al-Masry Al-Youm”a istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisəyə dair araşdırma aparılır.