​Qahirədə toqquşmalar zamanı Sosialist Partiyasının fəalı öldürülüb

​Qahirədə toqquşmalar zamanı Sosialist Partiyasının fəalı öldürülüb Şayma əs-Səbbaq başından aldığı güllə yarasından dünyasını dəyişib
Digər ölkələr
25 Yanvar , 2015 01:30
​Qahirədə toqquşmalar zamanı Sosialist Partiyasının fəalı öldürülüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Misirin Xalq Sosialist Koalisiyasının fəalı Şayma əs-Səbbaq Qahirədə etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı həlak olub.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, insident şənbə günü, solçu hərəkat nümayəndələrinin "25 yanvar inqilabı"nın dördüncü ildönümü münasibəti ilə toplaşdıqları paytaxt Qahirənin mərkəzində baş verib.

Mitinq hakimiyyət orqanları ilə razılaşdırılmadığından, polis gözyaşardıcı qaz tətbiq edərək etiraz aksiyasını dağıtmağa cəhd göstərib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Şayma əs-Səbbaq başından aldığı güllə yarasından dünyasını dəyişib.

Bununla yanaşı, ölkənin Daxili İşlər Nazirliyi qanun keşikçilərinin odlu silah tətbiq etmədikləri bəyan edib.

Partiya fəalının ölümü ilə bağlı Baş Prokurorluqda araşdırmalara başlanıb.

Dörd il əvvəl Misir prezidenti Hüsnü Mübarək 30 illik idarəçilikdən sonra devrilib.

Son xəbərlər

Orphus sistemi