Qahirədə partlayış nəticəsində azı 16 nəfər yaralanıb

Qahirədə partlayış nəticəsində azı 16 nəfər yaralanıb Yaralıların əksəriyyəti kursantlardır
Digər ölkələr
1 Aprel , 2017 19:51
Qahirədə partlayış nəticəsində azı 16 nəfər yaralanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Şənbə günü Misirin paytaxtı Qahirənin şimalında törədilmiş partlayış nəticəsində azı 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Watan” portalı məlumat yayıb.

Partlaycı qurğu Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim düşərgəsi yaxınlığında işə düşüb. Naməlum şəxslər bombanı bir qrup kursant polisin tədris mərkəzindən çıxan zaman işə salıblar. Yaralılardan 13 nəfəri asayiş keşikçisi, üçü isə yoldan keçəndir. Bir neçə nəfərin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi