Yuxarı

Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb

Hadisə yerinə gələn polis əməkdaşları Nevin Lufinin üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin ətrafında Abu-Dabidəki İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyiti aşkarlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onun üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb.

Məlumata görə, N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil aldıqdan sonra “Citibank”ın Misir paytaxtındakı şöbəsində maliyyə təhlilçisi vəzifəsində işləməyə başlayıb.

N.Lufi həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıbmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi