Yuxarı
    Bağlamaq

    Qahirədə gecə klubuna hücum zamanı 18 nəfər ölüb

    Naməlum maskalı şəxslər Misirin paytaxtında gecə klubuna molotov kokteyli atıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Naməlum maskalı şəxslər Misirin paytaxtı Qahirədə gecə klubuna kustar üsullarla hazırlanmış partlayıcı yanar şüşə butılkalar - "Molotov kokteyli" atıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

    "Masravi" xəbər portalının məlumatına görə, hadisə el-Nil küçəsində, "Şəhrizad" hotelinin yaxınlığında baş verib.

    İlkin məlumatlara görə, ölən və yaralananların hamısı yerli sakinlərdir. Yanğın yerində xilasedicilər işləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi