Qahirədə baş verən partlayışda 6 nəfər ölüb

Qahirədə baş verən partlayışda 6 nəfər ölüb Qahirənin şimalında Buheyra vilayətində yanacaq boru kəmərində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Digər ölkələr
14 Noyabr , 2019 04:18
Qahirədə baş verən partlayışda 6 nəfər ölüb

Qahirənin şimalında Buheyra vilayətində yanacaq boru kəmərində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.

Vilayətin qubernatoru Hişama Amna bildirib ki, partlayış yerli sakinlərin İskəndəriyyədən Qahirəyə yanacaq nəql edən boru kəmərindən benzin oğurlamaq istəyən zamanı baş verib.

Sakinlər boru kəmərinin üzərində qaynaq edən zaman güclü partlayış baş verib. Partlayışdan sonra yaranan yanğın lokallaşdırılıb, faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi