Qahirə aeroportunun yaxınlığında güclü partlayış olub, yaralananlar var - VİDEO - YENİLƏNİB

Qahirə aeroportunun yaxınlığında güclü partlayış olub, yaralananlar var - VİDEO - YENİLƏNİB Bakı. 13 iyul. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin hava limanı yaxınlığında baş verən partlayış zamanı 10-dan çox insan xəsarət alıb.
Digər ölkələr
13 İyul , 2018 02:51
Qahirə aeroportunun yaxınlığında güclü partlayış olub, yaralananlar var - VİDEO - YENİLƏNİB

Bakı. 13 iyul. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin hava limanı yaxınlığında baş verən partlayış zamanı 10-dan çox insan xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Al-Youm al-Sabia" qəzeti xəbər verib.

Qəzetin təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən yaydığı məlumata görə, partlayışla eyni zamanda hava limanında yanğın da baş verib. "Hadisə yerindən təcili yardım maşınları ilə birlikdə 12 nəfər təxliyə edilib", - deyə o bildirib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. 


***01:19

Misirin paytaxtı  Qahirənin hava limanının yaxınlığında güclü partrlayış olub.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" xəbər verib.

Telekanal bildirib ki, partlayış əsas yanacaq çənində baş verib. Hakimiyyət orqanları hava limanında hərəkəti dayandırıblar.

Hadisənin başvermə səbəbini araşdırmaq üçün təhqiqat aparılır. Ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi