Qahirə aeroportunun 11 işçisi təxribatda şübhəli bilinir

Qahirə aeroportunun 11 işçisi təxribatda şübhəli bilinir Hava limanında elektrik enerjisinin gözlənilmədən kəsilməsi beynəlxalq və daxili uçuşlarda gecikmələrə səbəb olub
Digər ölkələr
3 Avqust , 2017 13:07
Qahirə aeroportunun 11 işçisi təxribatda şübhəli bilinir

Bakı. 3 avqust. REPORT.AZ/ Qahirə aeroportunun 11 əməkdaşı qəsdən təxribat törətmək ittihamı əsasında həbs edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hava limanında elektrik enerjisinin gözlənilmədən kəsilməsi ötən həftənin cümə günü baş verib. Kəsinti beynəlxalq və daxili uçuşlarda, eləcə də baqajın verilməsində gecikmələrə səbəb olub. Təhlükəsizlik sisteminin işi pozulub, kompüter və kondisionerlər sönüb, ehtiyat generatorlar işləməyib.

Misirin Baş prokuroru Nabil Sadiq bazar günü Qahirə hava limanının 11 texniki mütəxəssisini açıq istintaq çərçivəsində 15 gün müddətinə həbs edilməsinə qərar verib. İlkin məlumatlara görə, onlara qarşı qəsdən elektrik enerjisinin kəsilməsi cəhdi ilə bağlı ittiham irəli sürülüb. Prokurorlar həmçinin hava limanını elektrik enerjisi ilə təchiz edən "Electricity Company" şirkətinin əməkdaşlarının hərəkətlərini araşdıracaq.

Son xəbərlər

Orphus sistemi