Yuxarı

Qafqaz silahlıları qrupu İD-ə sədaqət andı içib

“İslam dövləti” qruplaşması Qafqaz silahlılarından bu qruplaşmanın ünvanına sədaqət andı aldıqlarını bəyan edib

Bakı. 24 İyun. REPORT.AZ/ Şimali Qafqazdan gələn bir qrup silahlı şəxs terrorçu "İslam Dövləti" qruplaşmasına sədaqət andı içib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ilk dəfədir ki bu qruplaşma Qafqaz regionundan olan cihadçıları öz sıralarında alqışlayır.

“İslam dövləti”-nin internetdə yerləşdirdiyi audio mesajda naməlum silahlı Çeçenistan, Dağıstan, İnquşetiya və Kabarda-Balkariya silahlıları adından qruplaşmaya sədaqət andı içir.

O, deyir ki “biz bu qərara yekdilliklə gəlmişik və bizim aramızda bununla bağlı heç bir narazılıq yoxdur”.

Qafqazda yerləşən əsas cihadçı təşkilat kimi tanınan “Qafqaz Əmirliyi” qruplaşmasından hələlik bununla bağlı heç bir reaksiya yoxdur.

Bu qruplaşma keçmişdə “İslam dövlətinin” əleyhinə bəyanatlar vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi